
Təbrizdə polis əməkdaşlarının azyaşlıya qarşı ağır zorakılıq və cinsi alçaldıcı hərəkətlər etdiyini göstərən görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.
Megaxeber.az xəbər verir ki, hadisənin 4 iyun 2026-cı il tarixində baş verdiyi bildirilsə də, kadrlara dair görüntülər yeni ortaya çıxıb. Kadrlarda polis əməkdaşlarının 13 yaşlı olduğu təxmin edilən yeniyetməni saxlayaraq döydüyü, təhqir etdiyi və ona qarşı cinsi xarakterli zorakı hərəkətlər törətdiyi əks olunub. Yayılmış məlumatlarda azyaşlının cinsi zorakılığa məruz qaldığı iddia edilir.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən genişmiqyaslı araşdırmaya başlanılıb. Məlumata görə, hadisədə iştirak etdiyi bildirilən altı polis əməkdaşı müəyyən edilib və barələrində müvafiq hüquqi tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.