
İlham Əliyev Naxçıvan istiqamətində baş verən hücumla bağlı sərt açıqlama verib.
Megaxeber.az xəbər verir ki, Prezident hadisəni Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilmiş terror və təcavüz aktı kimi qiymətləndirib. Dövlət başçısı bildirib ki, belə addımlar cavabsız qalmayacaq və ölkənin təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görüləcək.
Prezident qeyd edib ki, baş verən hadisə ilə bağlı təhlükəsizlik strukturlarına müvafiq tapşırıqlar verilib və vəziyyət tam nəzarət altındadır. Onun sözlərinə görə, Azərbaycan öz vətəndaşlarının və ərazisinin təhlükəsizliyini qorumaq üçün qətiyyətli addımlar atacaq.