
“Azad İran” Telegram kanalı xəbər verir ki, məlumat İran Dövlət Televiziyasının “Telegram” kanalında yayımlanıb.
Məlumata əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qruplaşmasının sözçüsü Azərbaycana qarşı hədələyici bəyanat verib:

“İran İslam Respublikasının Silahlı Qüvvələri bölgədəki amerikalı və sionist təcavüzkarlarla döyüşlərdə iştirak etməsinə baxmayaraq, dost, qonşu və müsəlman ölkələrinin milli təhlükəsizliyinə zərər gəlməməsinə çalışıb.
Azərbaycan Respublikasına, bir müsəlman ölkəsi olaraq, elan edirik ki, bölgədə qeyri-sabitliyin genişlənməsinin qarşısını almaq üçün sionistləri ölkədən çıxarsınlar və öz xalqının, eləcə də İranın təhlükəsizliyini riskə atmasınlar.”
Analitiklər bildirir ki, SEPAH-ın bu aqressiv bəyanatı Azərbaycanın suverenliyinə açıq təhqirdir və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Tehran bu addımı ilə qonşu ölkələrə təzyiq göstərməkdə davam edir və beynəlxalq ictimaiyyətin sərt reaksiyasını qaçılmaz edir.

“SEPAH artıq başını itirib. Onlar nə etdiklərinin fərqində deyil və açıq şəkildə regionu təhlükəyə atır. Azərbaycanı hədəf göstərmək, sülh və qonşuluq prinsiplərini tamamilə gözardı etmək deməkdir. Tehran bu cür aqressiv davranışı ilə yalnız özünü məhvə aparır.” deyə Jurnalist David İsa, Megaxeber.az-a müsahibəsində bildirib