
İsrail Müdafiə Ordusu Livanın cənubunda və Beka vadisində “Hizbullah”a məxsus bir sıra hərbi obyektlərə yeni zərbələr endirib.
Megaxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu sosial şəbəkələrdə yaydığı rəsmi açıqlamada məlumat verib. Bildirilib ki, əməliyyat zamanı raket qurğuları, silah anbarları və komanda məntəqələri hədəfə alınıb.
Məlumata görə, zərbələr nəticəsində Livanın cənubunda fəaliyyət göstərən “Radvan Qüvvələri”nin bir neçə komandiri və onların istifadə etdiyi iki komanda məntəqəsi zərərsizləşdirilib.
İsrail ordusu iddia edir ki, məhv edilən komandirlər son vaxtlar İsrail hərbçilərinə və mülki vətəndaşlara qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsində iştirak ediblər.