Türkiyədə Azərbaycanda hicabla bağlı müzakirələr gündəmdədir - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Türkiyədə Azərbaycanda hicabla bağlı müzakirələr gündəmdədir

Megaxeber.az məlumat verir ki, Türkiyədə bəzi siyasətçilər Azərbaycanda məktəblərdə hicabla bağlı qaydaları müzakirəyə çıxarıblar.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral və Yeni Rifah Partiyasının sədri Fatih Ərbakan Azərbaycanda hicablı şagirdlərlə bağlı vəziyyətə münasibət bildirərək məsələnin yenidən nəzərdən keçirilməsinə çağırıblar.

 

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası isə Türkiyədən səslənən açıqlamalara münasibət bildirərək ölkənin daxili məsələlərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.