
İlham Əliyev bildirib ki, Azərbaycanın bütün hərbi strukturları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Megaxeber.az xəbər verir ki, dövlət başçısının sözlərinə görə, ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə keçirilib.
Prezident qeyd edib ki, bu çərçivədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və digər bütün xüsusi təyinatlı qüvvələr tam hazırlıq vəziyyətinə gətirilib.
Dövlət başçısı vurğulayıb ki, bütün hərbi strukturlar istənilən əməliyyatı həyata keçirməyə hazır olmalıdır.
Prezidentin sözlərinə görə, ölkənin təhlükəsizliyinin qorunması və mümkün təhdidlərin qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür.