
Megaxeber.az xəbər verir ki, hadisə nəticəsində hava limanı ərazisində partlayış baş verib. İlkin məlumatlara görə, zərbə nəticəsində bəzi obyektlərə ziyan dəyib. Hadisə ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Məlumatlarda bildirilir ki, Azərbaycan daha əvvəl İran əleyhinə hərbi əməliyyatlar üçün öz ərazisinin istifadəsinə icazə vermədiyini açıqlamışdı və rəsmi Bakı qonşuluq münasibətlərini qorumağa çalışdığını bəyan etmişdi.
Buna baxmayaraq, son hadisə bölgədə gərginliyin artmasına səbəb olub. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.