YAP Oktay Sarala cavab verdi: “Müdaxilə qəbuledilməzdir” - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

YAP Oktay Sarala cavab verdi: “Müdaxilə qəbuledilməzdir”

YAP Türkiyə Prezidentinin baş müşavirinə cavab verdi

 

Megaxeber.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın Azərbaycanda hicablı şagirdlərin təhsil hüququ ilə bağlı açıqlamalarına münasibət bildirib.

 

Partiya onun fikirlərini “populist və məsuliyyətsiz” adlandıraraq, bu cür bəyanatların Azərbaycan–Türkiyə münasibətlərində süni gərginlik yarada biləcəyini qeyd edib.

 

YAP Azərbaycanın daxili məsələlərinə müdaxiləni qəbuledilməz hesab etdiyini vurğulayıb və Türkiyənin hakim AKP rəhbərliyini bu cür yanaşmalardan çəkinməyə çağırıb.