
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycanın cüdoçusu Ömər Rəcəbli 81 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Megaxeber.az xəbər verir ki, Rəcəbli ardıcıl olaraq Sibqatullah Arabı və Özbəkistan təmsilçisi Murodjon Yuldoşevi məğlub edərək 1/4 finala yüksəlib. Yarımfinalda serbiyalı Mihaylo Siminə uduzan cüdoçumuz bürünc medal uğrunda görüşdə sloveniyalı Nake Herkoviçə qalib gəlib.
Beləliklə, Ömər Rəcəbli dünya çempionatının bürünc medalına sahib olub.