
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından dünya bazarına çıxarılan neftin həcminin əvvəlki dövrlərlə müqayisədə artdığını bildirib.
Megaxeber.az xəbər verir ki, Trampın sözlərinə görə, hazırda Hörmüz boğazından dünya bazarına çıxarılan neftin miqdarı bütün əvvəlki dövrlərdən, hətta İranla müharibənin başlamasından əvvəlki dövrdən də çoxdur.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Bu marşrutdan böyük həcmdə neft daşınması qlobal enerji təchizatı baxımından mühüm rol oynayır.