
Dünya bazarında xam neftin qiyməti son 8 ayda ilk dəfə olaraq barel üçün 81 dollar səviyyəsini aşıb.
Megaxeber.az xəbər verir ki, Yaxın Şərqdə artan gərginlik fonunda beynəlxalq birjalarda neft qiymətləri kəskin yüksəlib. Ticarət sessiyası zamanı Brent markalı neftin qiyməti sürətlə artaraq Bakı vaxtı ilə saat 03:02-də 81,79 dollar səviyyəsinə çatıb. Bu, əvvəlki günlə müqayisədə təxminən 12,2 faiz artım deməkdir.
Qeyd olunur ki, bu göstərici sonuncu dəfə 23 iyun 2025-ci ildə qeydə alınmışdı.
Daha sonra artım tempi nisbətən zəifləyib və saat 03:16-da qiymət təxminən 79,40 dollar səviyyəsinə tənzimlənib. Bununla belə, gündəlik artım təxminən 9 faiz olaraq qalır.
Analitiklər bildirirlər ki, bölgədə gərginliyin davam etməsi qiymətlərə əlavə təzyiq göstərə bilər.