
Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazı ərazisində fransız şirkətinə məxsus yük gəmisinə hücum edildiyi bildirilir. Məlumata görə, CMA CGM şirkətinə aid “San Antonio” adlı gəmi boğazdan keçərkən hədəfə alınıb.
Hadisə nəticəsində gəmi ciddi zərər görüb, ekipaj üzvləri arasında yaralananların olduğu qeyd olunur. Şirkətin açıqlamasında bildirilib ki, yaralılar dərhal təxliyə edilərək tibbi yardım alıblar.
Hücumu kimin törətdiyi və hadisənin detalları hələlik açıqlanmayıb. Ekspertlər isə Yaxın Şərq regionunda, xüsusilə ABŞ ilə İran arasında artan gərginliyin Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərini daha da yüksəltdiyini vurğulayırlar.