
Megaxeber.az xəbər verir ki, 45 yaşlı Anton Milayev Leonid Brejnevin qızı Qalina Brejnevanın nəvəsidir.
Məlumata görə, Milayev ötən ilin payızında istehkamçı kimi müharibəyə qatılıb, daha sonra döyüş bölgəsinə göndərilib. Noyabr ayından etibarən isə onunla əlaqə tamamilə kəsilib. Ailə üzvləri onun taleyi ilə bağlı narahatlıq keçirməyə başlayıb.
Anası İrina Kuznetsova bildirib ki, oğlu Xerson istiqamətində Ukrayna ordusunun nəzarətində olan ərazilərdə əsir düşüb. Hazırda onun vəziyyəti və saxlanılma yeri ilə bağlı dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Leonid Brejnev Ukrayna ərazisində anadan olub.