Fransada etirazlar zamanı 504 nəfər saxlanılıb - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Fransada etirazlar zamanı 504 nəfər saxlanılıb

Fransada məktəblərin vəziyyəti və təhsil sistemi ilə bağlı keçirilən etiraz aksiyaları davam edir.

Megaxeber.az xəbər verir ki, 8 oktyabrda ölkə üzrə keçirilən aksiyalar zamanı 504 nəfər saxlanılıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin gün nümayişlərdə ümumilikdə 71 500 nəfər, o cümlədən Parisdə 24 500 nəfər iştirak edib.

Paris və digər şəhərlərdə bəzi aksiyalar zamanı polis ilə nümayişçilər arasında qarşıdurmalar baş verib. Parisdə polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Məlumata görə, etirazların əsas səbəbləri məktəblərdə müəllim çatışmazlığı, təhsil müəssisələrinin vəziyyəti və siniflərin həddindən artıq yüklənməsi ilə bağlı narazılıqlardır.

8 oktyabr aksiyalarında 48 polis və jandarmın da yaralandığı bildirilib.