
Megaxeber.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı Azərbaycanın xarici siyasəti, qaçqınlar və hərbi silahların alınması barədə danışıb.
Prezident bildirib ki, Azərbaycana lazım olan vaxtda heç kim kömək etməyib və ölkə bütün silahları öz vəsaiti hesabına alıb.
“Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq”, – deyə İlham Əliyev vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanın xaricdən aldığı silahlara görə heç bir maliyyə güzəşti edilməyib.