Bağlamaq üçün ESC sıxın

İran İraqa Hörmüz boğazı üzrə məhdudiyyətləri ləğv etdi

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı İraq üçün Hörmüz boğazı ilə bağlı tətbiq edilən məhdudiyyətlərin ləğv olunduğunu açıqlayıb.

Megaxeber.az xarici mediaya istinadən xəbər verir ki, qərar yalnız “dost ölkə” kimi xarakterizə edilən İraqa şamil olunur. Digər ölkələr üçün isə mövcud məhdudiyyətlərin qüvvədə qaldığı bildirilir.

Qeyd edək ki, bölgədə gərginlik ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən birgə hərbi əməliyyatlardan sonra daha da artıb. Buna cavab olaraq İran İsrail ərazisini raket atəşinə tutub, eyni zamanda Fars körfəzində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.

Baş verən hadisələr fonunda regionun bir sıra ölkələri təhlükəsizlik məqsədilə hava məkanını müvəqqəti olaraq bağlayıb.