İranın SEPAH qruplaşması Azərbaycanda strateji obyektlərə qarşı terror planlaşdırıb - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

İranın SEPAH qruplaşması Azərbaycanda strateji obyektlərə qarşı terror planlaşdırıb

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanda planlaşdırdığı terror-təxribat fəaliyyətlərinin qarşısı alınıb.

Megaxəbər.az xəbər verir ki, məlumatda planın məqsədinin cəmiyyətdə vahimə yaratmaq və Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq olduğu bildirilib. Hədəflər arasında Bakı–Tbilisi–Ceyhan neft kəməri, İsrailin Azərbaycandakı səfirliyi, dağ yəhudiləri dini icmasının rəhbərlərindən biri və Aşkenazi sinaqoqu yer alıb.

Məlumata görə, ölkəyə 3 partlayıcı qurğu keçirilsə də, xüsusi əməliyyat nəticəsində onlar zərərsizləşdirilib. Araşdırma zamanı İran vətəndaşları Behnam Sahibali Rüstəmzadə və Yaser Rahim Zankiyanın partlayıcıların ölkəyə keçirilməsi üçün Azərbaycan vətəndaşı Tərxan Tərlanoğlu Quliyev ilə cinayətkar əlaqə yaratdığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam edir.