
İsrail Müdafiə Ordusu İranın paytaxtı Tehran şəhərinin şərq hissəsində yerləşən iri hərbi kompleksə genişmiqyaslı zərbə endirib.
Megaxeber.az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
Bildirilib ki, zərbə endirilən kompleksdə İranın əsas güc strukturlarının qərargahları yerləşib. Onların sırasında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Kəşfiyyat İdarəsi, “Bəsic” qüvvələri, “Qüds” qüvvələri, daxili təhlükəsizlik bölmələri və kiberqoşunların strukturları yer alıb.
Məlumata görə, həmin ərazidə həmçinin daxili etirazların yatırılmasına və əhaliyə nəzarətə rəhbərlik edən bölmə fəaliyyət göstərib.
İsrail tərəfi əməliyyatın dəqiq kəşfiyyat məlumatları əsasında həyata keçirildiyini və İranın hərbi potensialının zəiflədilməsinə yönəldiyini açıqlayıb.