
Beyt-Şemeş şəhərinə endirilən ballistik raket zərbəsi nəticəsində 6 nəfər həyatını itirib.
Megaxeber.az xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumata əsasən, hadisə nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 2 nəfərin vəziyyətinin ağır, 3 nəfərin orta-ağır olduğu bildirilir. Digər 18 nəfər isə yüngül xəsarətlərlə xəstəxanalara yerləşdirilib və onların həyatına təhlükə olmadığı qeyd olunur.
Hadisə nəticəsində yaşayış binalarına və bir neçə mülki infrastruktura ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım briqadaları, polis və xilasedici qüvvələr cəlb olunub. Axtarış-xilasetmə işlərinin davam etdiyi, dağıntılar altında qalanların olub-olmadığının araşdırıldığı bildirilir.
Məlumata görə, hücum bölgədə gərginliyin daha da artmasına səbəb olub. Rəsmi qurumlar əhaliyə təhlükəsizlik qaydalarına riayət etməyi və sığınacaqlarda qalmağı tövsiyə edib.