Son iki həftədə İspaniyaya 60 minə yaxın miqrant daxil olub - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Son iki həftədə İspaniyaya 60 minə yaxın miqrant daxil olub

Son iki həftə ərzində İspaniya ciddi miqrasiya axını ilə üzləşib. Xarici KİV-lərin məlumatına görə, Şimali Afrikadan, əsasən Mərakeş istiqamətindən İspaniyanın Ceuta anklavına təxminən 60 minə yaxın miqrant daxil olub.

Məlumatlara əsasən, sonradan onların əhəmiyyətli hissəsi könüllü şəkildə Mərakeşə geri qayıtsa da, minlərlə miqrant İspaniya ərazisində qalıb.

Hadisələr zamanı azı 72 nəfərin həyatını itirdiyi bildirilir. İspaniya hökuməti sərhəd nəzarətini gücləndirib, Avropa İttifaqı isə vəziyyəti yaxından izlədiyini açıqlayıb.

Mütəxəssislər bu hadisəni son illərdə İspaniyanın qarşılaşdığı ən ciddi miqrasiya böhranlarından biri kimi qiymətləndirirlər.