
Megaxeber.az xəbər verir ki, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində oktyabrın 6-da Suriyadan 13 Azərbaycan vətəndaşı ölkəyə repatriasiya edilib.
Onlardan 6-sı qadın, 7-si isə uşaqdır.
Azərbaycan XİN-in məlumatına görə, repatriantların şəxsiyyəti və vətəndaşlığı müəyyənləşdirilib, ilkin tibbi və psixoloji müayinələri aparılıb. Daha sonra onlar lazımi sənədlər və aviabiletlərlə təmin edilərək Azərbaycana gətiriliblər.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur.