
Rusiya Ukraynada körpü və strateji infrastrukturu vurdu
Megaxeber.az xəbər verir ki, Rusiya ordusu Ukraynada bir sıra strateji əhəmiyyətli obyektlərə zərbələr endirib.
Məlumata görə, Zaporojye şəhərində Dnepr üzərində yerləşən körpülərdən biri dron hücumuna məruz qalıb. Zərbə nəticəsində körpünün yol hissəsi zədələnib və xəsarət alanlar olduğu bildirilib.
Həmçinin ölkənin müxtəlif bölgələrində enerji və logistika infrastrukturlarının da hücumlara məruz qaldığı qeyd olunur.