İsrail Prezidenti Azərbaycandakı yəhudi icmasının nümayəndələri ilə görüşəcək - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

İsrail Prezidenti Azərbaycandakı yəhudi icmasının nümayəndələri ilə görüşəcək

 

Megaxeber.az məlumat verir ki, İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfəri çərçivəsində ölkədəki yəhudi icmasının rəhbərləri ilə görüşəcək.

 

İsrail Prezidentinin rəsmi məlumatına görə, görüş onun Bakı səfərinin proqramına daxil edilib. Hersoq səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşərək ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

 

Qeyd edək ki, İsxak Hersoq oktyabrın 14-də Bakıya gəlib və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edib.