Azərbaycanda hicab məsələsi Türkiyə mediasında diqqət çəkib - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Azərbaycanda hicab məsələsi Türkiyə mediasında diqqət çəkib

Türkiyə mediası Azərbaycanda məktəblərdə hicabla bağlı müzakirələrə diqqət ayırıb

 

Megaxeber.az məlumat verir ki, Türkiyə mediasında Azərbaycanda dövlət məktəblərinin geyim qaydaları ətrafında yaranan müzakirələr işıqlandırılır.

 

Türkiyənin Medyascope nəşri oktyabrın 15-də dərc etdiyi materialda məsələni və onun iki ölkənin ictimai gündəmində yaratdığı müzakirələri təhlil edib.

 

Məlumatda qeyd olunur ki, Azərbaycanda yeni məktəb geyimi qaydaları hicablı şagirdlərin bəzi məktəblərə buraxılmaması ilə bağlı müzakirələrə səbəb olub. Türkiyədə bir sıra siyasətçilər də məsələyə münasibət bildiriblər.

 

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası isə xaricdən səslənən açıqlamalara münasibət bildirərək ölkənin daxili məsələlərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələr həm Azərbaycan, həm də Türkiyə mediasında diqqət mərkəzində qalır.