
Megaxeber.az xəbər verir ki, sabiq millət vəkili və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verdikdən sonra sərbəst buraxılıb.
Məlumata görə, Hacıbəyli istintaq çərçivəsində dindirilməsi üçün DTX-yə dəvət olunub. O, şahid qismində sualları cavablandırdıqdan sonra barəsində hər hansı həbs-qətimkan tədbiri seçilmədən azadlığa buraxılıb.
Bundan əvvəl onun yaşadığı ünvanda hüquq-mühafizə orqanları tərəfindən axtarış aparıldığı bildirilirdi. Hadisənin geniş ictimai rezonans doğurduğu qeyd olunur.
Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib. İstintaq tədbirlərinin davam etdiyi bildirilir.