Bağlamaq üçün ESC sıxın

ABŞ Hərbi Dəniz Qüvvələri Hind okeanında “Berta” tankerini ələ keçirdi

ABŞ Hərbi Dəniz Qüvvələri Hind okeanında “Berta” adlı neft tankerini nəzarətə götürüb.

Megaxeber.az xəbər verir ki, bu barədə United States Department of Defense (Pentaqon) rəsmi sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, əməliyyat beynəlxalq sularda həyata keçirilib və gəmi təhlükəsizlik qüvvələrinin nəzarətinə alınıb.

Məlumata görə, tankerə baxış keçirilib və sənədləşmə prosesi aparılır. Rəsmi açıqlamada əməliyyatın hansı səbəbdən icra olunduğu barədə ətraflı məlumat verilməsə də, ABŞ tərəfi bunun beynəlxalq təhlükəsizlik çərçivəsində atılmış addım olduğunu vurğulayıb.

 

Bəzi xarici KİV-lər qeyd edir ki, tanker şübhəli yük daşınması ilə əlaqədar izlənilirdi. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.