Bağlamaq üçün ESC sıxın

Netanyahu: İran hücum etsə, İsrail təsəvvür edilməz dərəcədə sərt cavab verəcək

Netanyahu İranı sərt cavabla hədələdi

İsrail heç vaxt indiki qədər güclü olmayıb və istənilən təhlükəyə qarşı hazırdır.

Megaxeber.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu bildirib ki, ölkəsinin hərbi və təhlükəsizlik potensialı son illərdə əhəmiyyətli dərəcədə güclənib. Onun sözlərinə görə, ABŞ ilə strateji ittifaq da hazırda ən yüksək səviyyədədir və bu əməkdaşlıq İsrailin müdafiə imkanlarını daha da artırır.

“ABŞ ilə ittifaq heç vaxt bu qədər möhkəm olmayıb. Biz istənilən ssenariyə hazırıq”, – deyə baş nazir vurğulayıb.

O əlavə edib ki, əgər İran tərəfindən İsrailə qarşı hər hansı hücum həyata keçirilərsə, Təl-Əviv çox sərt və qarşı tərəfin təsəvvür etmədiyi miqyasda cavab verəcək.

Qeyd edək ki, Netanyahu bu açıqlamanı regionda artan gərginlik fonunda səsləndirib.