Bağlamaq üçün ESC sıxın

Səudiyyə Ərəbistanından İrana Hərbi Xəbərdarlıq

Megaxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanı ölkə ərazisində yerləşən ABŞ hərbi obyektlərinə qarşı mümkün yeni hücumlar baş verəcəyi təqdirdə İrana cavab zərbəsi endiriləcəyini bəyan edib.

Məlumata görə, İranın səfiri Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı rəsmi Ər-Riyad növbəti hücumların təkrarlanacağı halda hərbi addımlar atılacağı barədə xəbərdarlıq edib.