
Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın ərazisinə edilən hücumla bağlı narahatlığını ifadə edib.
Megaxəbər.az xəbər verir ki, Türkiyə lideri bu barədə “Esnaf ve Senetkarlar” üçün təşkil olunan iftar proqramında çıxışı zamanı danışıb.
Ərdoğan bildirib ki, bu gün Azərbaycan Prezidenti Ilham Əliyev ilə telefon danışığı aparıb və baş verən hadisəni müzakirə edib. O, hücum xəbərinə görə üzüldüyünü və bu addımı qınadığını qeyd edib.
Türkiyə Prezidenti vurğulayıb ki, Ankara hər zaman Azərbaycanın yanında olub və qardaş ölkəyə dəstəyini davam etdirəcək.