Prezident İlham Əliyev 8 Mart münasibətilə Azərbaycan qadınlarını təbrik etdi - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Prezident İlham Əliyev 8 Mart münasibətilə Azərbaycan qadınlarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sosial media hesablarında paylaşım edib.

Megaxeber.az xəbər verir ki, dövlət başçısı paylaşımında Azərbaycan qadınlarını bayram münasibətilə təbrik edib.

Paylaşımda deyilir:

“Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram”.

Qeyd edək ki, hər il 8 Mart dünyada qadınların hüquqları, cəmiyyətdəki rolu və nailiyyətləri münasibətilə qeyd olunur.