
Fransa Prezidenti Emmanuel Macron İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb.
Megaxeber.az xəbər verir ki, telefon danışığı zamanı Emmanuel Makron Fransanın Azərbaycanla həmrəy olduğunu və ölkəsinin Azərbaycana dəstəyini ifadə edib.
Makron, həmçinin İranda olan Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təhlükəsiz şəkildə təxliyyə olunmasına yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev isə telefon zənginə və göstərilən həmrəyliyə görə təşəkkür edib.