
İsrail ordusu Livanın paytaxtı Beyrut şəhərinin cənub bölgələrinə hava zərbələrini davam etdirib. Hücumlar nəticəsində ərazidə dağıntı və tüstü müşahidə olunub.
Megaxeber.az xəbər verir ki, Livan rəsmilərinin məlumatına görə, 2 martdan bəri ölkədə ölənlərin sayı 826 nəfərə çatıb. Həlak olanlar arasında 106 uşaq da var.
BMT-nin baş katibi Antonio Guterres münaqişənin hərbi həllinin olmadığını bildirib və tərəfləri diplomatik danışıqlara çağırıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə beynəlxalq ictimaiyyəti vəziyyətə müdaxilə etməyə çağırıb.