İran BƏƏ-nin ən böyük neft mərkəzini vurdu – Fuceyra limanında yükləmələr dayandırıldı - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

İran BƏƏ-nin ən böyük neft mərkəzini vurdu – Fuceyra limanında yükləmələr dayandırıldı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanında yerləşən əsas neft mərkəzi İran tərəfindən vurulub.

Megaxeber.az xəbər verir ki, dron qalıqlarının düşdüyü neft obyektində yanğın baş verib. Hadisədən sonra limanda təhlükəsizlik tədbirləri gücləndirilib.

Məlumata görə, baş verən yanğından sonra BƏƏ-də bəzi neft yükləmə və daşınma əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Qeyd olunur ki, hadisə ABŞ-nin İranın xam neft ixracı üçün əsas obyektlərindən biri sayılan Xark adasına zərbə endirməsindən bir gün sonra baş verib.

İran rəsmiləri isə bundan sonra BƏƏ-də yerləşən limanların və körpülərin də hədəfə alına biləcəyi barədə xəbərdarlıq ediblər.