Bağlamaq üçün ESC sıxın

İsrailin Beyrutun cənubuna zərbələri davam edir – ölənlərin sayı 826-ya çatıb

İsrail ordusu Livanın paytaxtı Beyrut şəhərinin cənub bölgələrinə hava zərbələrini davam etdirib. Hücumlar nəticəsində ərazidə dağıntı və tüstü müşahidə olunub.

Megaxeber.az xəbər verir ki, Livan rəsmilərinin məlumatına görə, 2 martdan bəri ölkədə ölənlərin sayı 826 nəfərə çatıb. Həlak olanlar arasında 106 uşaq da var.

BMT-nin baş katibi Antonio Guterres münaqişənin hərbi həllinin olmadığını bildirib və tərəfləri diplomatik danışıqlara çağırıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə beynəlxalq ictimaiyyəti vəziyyətə müdaxilə etməyə çağırıb.