
ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt açıqlama verib. O, Truth Social platformasında paylaşım edərək, Iran üçün verilmiş vaxtın demək olar ki, bitdiyini bildirib.
Tramp qeyd edib ki, İranın Hörmüz boğazı ilə bağlı məhdudiyyətləri aradan qaldırması və yeni sazişə razılaşması üçün əvvəlcədən 10 gün vaxt verilmişdi. Onun sözlərinə görə, artıq bu müddətin sonuna çox az qalıb.
“Onlara cəhənnəmi yaşatmaq üçün cəmi 48 saat qalıb”, – deyə Tramp vurğulayıb.
Açıqlama regionda gərginliyin daha da artacağı ehtimalını gündəmə gətirib. Analitiklər hesab edir ki, yaxın saatlarda tərəflər arasında diplomatik və ya hərbi addımların atılması mümkündür.