Bağlamaq üçün ESC sıxın

Avstriyada pişiyini poçtla göndərmək istəyən gəncə şərti həbs cəzası verildi

Megaxeber.az, Avstriya yerli mediaya istinadən xəbər verir ki, Vyana şəhərində bir gənc pişiyini paketlə Almaniyaya göndərməyə cəhd etdiyi üçün məhkəmə qarşısına çıxarılıb.

20 yaşlı şəxs “Shana” adlı İngilis qısa tüklü pişik cinsindən olan pişiyini poçtla göndərmək istəsə də, heyvan Hagenbrunn poçt mərkəzində paketdən qaçaraq aşkar edilib. Təhlükəsizlik kameraları hadisəni təsdiqləyib.

Məhkəmə gəncə 6 ay şərti həbs cəzası verib. O, 3 il ərzində cinayət törətməzsə, həbs olunmayacaq.