Bağlamaq üçün ESC sıxın

ABŞ vurulan F-15E qırıcısının bütün heyətini xilas etdi – Trampdan İrana sərt xəbərdarlıq

ABŞ İranda vurulan F-15E qırıcı təyyarəsinin hər iki heyət üzvünü xüsusi əməliyyatla xilas edib.

Megaxeber.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump sosial media paylaşımında bildirib ki, qəzaya uğrayan təyyarənin ikinci heyət üzvü – silah sistemləri zabiti olan polkovnik yaralı vəziyyətdə İranın cənub-qərbində dağlıq ərazidə tapılıb və uğurla xilas edilib.

Onun sözlərinə görə, ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hər iki heyət üzvü sağ şəkildə xilas olunub və bununla da iki gün davam edən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Tramp bu əməliyyatı “ABŞ tarixinin ən cəsarətli axtarış-xilasetmə missiyalarından biri” adlandırıb və vurğulayıb ki, əməliyyat zamanı heç bir amerikalı hərbçi həlak olmayıb.

Məlumata görə, yaralı heyət üzvü dağlıq ərazidə, 2000 metrdən artıq yüksəklikdə yerləşən sığınacaqda gizlənib. Onun xilas edilməsi üçün genişmiqyaslı xüsusi əməliyyat keçirilib və şiddətli atışma baş verib.

Eyni zamanda, Donald Trump İranı Hörmüz boğazı ilə bağlı sərt şəkildə hədələyib. O bildirib ki, əgər Tehran boğazı beynəlxalq ticarət üçün açmasa, ABŞ İranın enerji infrastrukturu və mühüm obyektlərinə zərbələr endirə bilər.

ABŞ prezidenti məsələ ilə bağlı yaxın günlərdə Ağ Evdə mətbuat konfransı keçirəcəyini açıqlayıb.