Masazırda narkotik əməliyyatı: 13 nəfər saxlanıldı - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Masazırda narkotik əməliyyatı: 13 nəfər saxlanıldı

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 13 nəfər saxlanılıb.

Əməliyyat zamanı saxlanılan şəxslərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Polisdən bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davamlı şəkildə həyata keçirilir.