28 May — Azərbaycan Xalq Cümhuriyyətinin Yarandığı Tarixi Gün Qeyd Olunur - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

28 May — Azərbaycan Xalq Cümhuriyyətinin Yarandığı Tarixi Gün Qeyd Olunur

1918-ci il mayın 28-də Azərbaycan xalqının dövlətçilik tarixində mühüm və dönüş yaradan hadisə baş verdi. Həmin gün qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycanın müstəqilliyi elan olundu və Şərqdə ilk parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması quruldu.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və milli azadlıq hərəkatının lideri olan Məhəmməd Əmin Rəsulzadə bu tarixi günün əsas simalarından biri kimi xalqın yaddaşında xüsusi yer tutur. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi Azərbaycan müstəqilliyinin rəmzinə çevrilib.

Bu gün Azərbaycanda 28 May — Müstəqillik Günü böyük qürur və ehtiramla qeyd olunur. Ölkə üzrə keçirilən tədbirlərdə istiqlal mübarizəsinin qəhrəmanları yad edilir, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsi hörmətlə anılır.