
Xalq artisti Mehriban Xanlarova Prezidentə emosional müraciət edib. O, Akademik Milli Dram Teatrına geri qayıtmaq istədiyini bildirərək illərini sənətə verdiyini vurğulayıb.
Aktrisa çıxışında diqqət çəkən sözlər də səsləndirib:
“Əgər mənə aktrisa yeri yoxdursa, süpürgəçi kimi işləyərəm. Təki teatrdan uzaq düşməyim.”
Mehriban Xanlarova bildirib ki, teatr onun həyatı və nəfəsidir. O, səhnədən ayrı qalmağın onun üçün ağır olduğunu deyərək dövlət başçısından məsələyə diqqət ayırmağı xahiş edib.
Sosial şəbəkələrdə yayılan müraciət qısa zamanda geniş müzakirələrə səbəb olub. Bir çox sənət adamı və izləyici aktrisaya dəstək mesajları paylaşıb.