Makron: Fransa Rusiyanın “kölgə donanması”na məxsus tankeri saxlayıb - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Makron: Fransa Rusiyanın “kölgə donanması”na məxsus tankeri saxlayıb

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa Hərbi Dəniz Qüvvələri Siciliya sahillərində Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən “Deliver” neft tankerini saxlayıb.

Makronun sözlərinə görə, tanker dəniz qaydalarını pozaraq hərəkət etdiyi üçün nəzarətə götürülüb. O qeyd edib ki, bu əməliyyat bir neçə gün əvvəl Böyük Britaniya tərəfindən həyata keçirilən oxşar tədbirdən sonra baş tutub və Avropa ölkələrinin Rusiyanın sanksiyalardan yayınmaq cəhdlərinə qarşı birgə mübarizəsinin göstəricisidir.

Fransa Prezidenti vurğulayıb ki, Avropa Rusiyanın “kölgə donanması” vasitəsilə əldə etdiyi gəlirlərlə hərbi fəaliyyətlərini maliyyələşdirməsinə imkan verməyəcək. Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynada ədalətli, möhkəm və uzunmüddətli sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcək.

Qeyd edək ki, “kölgə donanması” termini adətən beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə fəaliyyət göstərən və mənşəyi gizlədilən tanker donanmasına aid edilir.