Venesuelada dəhşətli zəlzələ: 164 nəfər ölüb, yüzlərlə yaralı var - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Venesuelada dəhşətli zəlzələ: 164 nəfər ölüb, yüzlərlə yaralı var

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 164 nəfərə çatıb.

Məlumata görə, təbii fəlakət zamanı daha 971 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə işləri davam etdirilir.

Ölkənin bir sıra bölgələrində yaşayış binaları və infrastruktur ciddi zərər görüb. Hakimiyyət orqanları zəlzələnin nəticələrinin aradan qaldırılması üçün fövqəladə tədbirlər həyata keçirir.

Azərbaycan Xarici İşlər Nazirliyi də baş vermiş faciə ilə əlaqədar Venesuela xalqına və hökumətinə başsağlığı verib. Bununla bağlı nazirliyin “X” sosial şəbəkəsində paylaşım edilib.