Avstraliya hərbi gəmisi Tayvan boğazından keçdi – Çin ordusu tam izləmə apardı - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Avstraliya hərbi gəmisi Tayvan boğazından keçdi – Çin ordusu tam izləmə apardı

Megaxeber.az xəbər verir ki, “Anzac” sinifli freqat olan HMAS Toowoomba Hind-Sakit okeanı zonasında regional iştirak çərçivəsində Tayvan boğazından keçib. Hökumətdəki mənbənin bildirdiyinə görə, keçid əvvəlcədən planlaşdırılıb və beynəlxalq hüquqa uyğun şəkildə icra olunub.

Məlumatda qeyd olunur ki, tranzit zamanı digər xarici gəmi və təyyarələrlə bütün qarşılıqlı əlaqələr təhlükəsiz və peşəkar səviyyədə baş tutub. Rəsmi dairələr bu addımın bölgədə sabitlik və azad naviqasiya prinsipinə dəstək məqsədi daşıdığını vurğulayıb.

Digər tərəfdən, Çin tərəfi hadisəyə münasibət bildirib. Çin mətbuatının yazdığına görə, Çin Xalq Azadlıq Ordusu (ÇXAO) gəminin Tayvan boğazından keçidi boyunca bütün marşrutu diqqətlə izləyib və monitorinq aparıb. Ordudakı mənbələr tranzitin nəzarət altında saxlanıldığını qeyd ediblər.

Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda ÇXAO-nun aviasiya, hərbi-dəniz və raket bölmələri Tayvan boğazında genişmiqyaslı “Ədalət missiyası 2025” adlı hərbi təlimlər keçirib. Çin tərəfi həmin manevrlərin separatçı qüvvələrə və xarici müdaxilə cəhdlərinə qarşı sərt xəbərdarlıq xarakteri daşıdığını bəyan etmişdi.

Tayvan boğazı son illərdə ABŞ və müttəfiq ölkələrin hərbi gəmilərinin keçidləri səbəbindən geosiyasi gərginliyin əsas nöqtələrindən birinə çevrilib. Analitiklərin fikrincə, bu cür tranzitlər regionda güc balansı və azad naviqasiya məsələləri baxımından mühüm siqnal xarakteri daşıyır.