Bağlamaq üçün ESC sıxın

Azərbaycanın İsraildəki səfirliyi raket hücumunda ölən Azərbaycanlılar ilə bağlı məlumat yaydı

İsrail ərazisinə 9 mart tarixində həyata keçirilmiş raket hücumu nəticəsində həlak olan azərbaycanlılarla bağlı Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

 

Megaxeber.az istinadən xəbər verir ki, səfirliyin məlumatına görə, həlak olan şəxslərdən biri Murtuzov Amid Əligüllah oğludur. O, həm Azərbaycan, həm də İsrail vətəndaşı olub.

 

Bildirilib ki, hadisə İsrailin Yehud şəhəri ərazisində yerləşən tikinti sahəsində baş verib. Məlumata görə, Amid Murtuzov İsrailin Petax Tikva şəhərinin sakini idi.

 

Məlumata əsasən, hadisə nəticəsində Rüstəm Qulamov da həyatını itirib.

 

Qeyd olunub ki, Amid Murtuzov ailəsi ilə birlikdə illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, bu ölkədə yaşayırdı.

 

Azərbaycanın İsraildəki səfirliyi həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

 

“Allah rəhmət eləsin”, – deyə məlumatda bildirilib.