
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni Ali Rəhbəri Müctəba Xameneyiyə təbrik məktubu ünvanlayıb.
Megaxeber.az xəbər verir ki, dövlət başçısı məktubunda Müctəba Xameneyini İranın Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident məktubunda həmçinin Xameneyinin atası, İranın əvvəlki Ali Rəhbəri Əli Xameneyinin vəfatı ilə bağlı dərin hüznünü bölüşdüyünü və bir daha başsağlığı verdiyini bildirib.
Təbrik məktubunda qeyd olunub ki, Azərbaycan ilə İran arasında münasibətlər tarixən xalqların mehriban qonşuluq və dostluq iradəsinə əsaslanır. Prezident bildirib ki, iki ölkə arasında əlaqələrin qarşılıqlı hörmət və etimad əsasında inkişafı üçün birgə səylər davam etdiriləcək.
Sonda Prezident İlham Əliyev Müctəba Xameneyiyə yeni vəzifəsi münasibətilə bir daha təbriklərini çatdırıb, İran xalqına sülh və əmin-amanlıq arzulayıb.