
Bakı şəhərində “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir.
Megaxeber.az xəbər verir ki, forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir. Tədbirdə müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələri, siyasətçilər, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri bir araya gəliblər.
Forum çərçivəsində qlobal çağırışlar, beynəlxalq təhlükəsizlik, əməkdaşlıq və dünyada mövcud fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunur. Tədbir müxtəlif ölkələrin nümayəndələri arasında dialoqun gücləndirilməsi və aktual qlobal problemlərin müzakirəsi üçün mühüm platforma hesab olunur.