Bağlamaq üçün ESC sıxın

İran Fars körfəzində ABŞ-yə məxsus tankerə hücum etdi

İran Fars körfəzi ərazisində ABŞ-yə məxsus tankerə hücum edib.

Megaxeber.az istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, Marşal adaları bayrağı altında üzən “Safe Sia” tankeri Fars körfəzinin şimal hissəsində atəşə tutulub. Bildirilib ki, tanker SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığı üçün hücuma məruz qalıb.

Qeyd edək ki, İran daha əvvəl bəzi gəmilərin Hörmüz boğazından keçidi ilə bağlı məhdudiyyətləri yumşaltdığını açıqlamışdı. Bu qərarın Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar və İranın xarici işlər naziri Abbas Araghchi arasında aparılan danışıqlardan sonra verildiyi bildirilib.