
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) terrorçuluğa qarşı keçirilən əməliyyatlarla bağlı məlumat yayıb.
DTX-nin açıqlamasına görə, Azərbaycanda ictimai və dini xadimlərə sui-qəsd hazırlığı, həmçinin terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri müəyyən edilib.
İstintaq zamanı Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə və digər şəxslərin cinayətkar birlikdə iştirak etdiyi müəyyənləşdirilib.
Bundan başqa, kriptovalyuta vasitəsilə xaricdəki terror təşkilatlarının maliyyələşdirildiyi bildirilir.
DTX-nin digər ölkələrin xüsusi xidmət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində 5 ölkədə ümumilikdə 10 nəfər saxlanılıb. Onlardan Elşən Əsgərov Azərbaycana ekstradisiya edilib.
Ümumilikdə 11 nəfər müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.