
Gecə saatlarında ABŞ və İsrail birgə əməliyyatla İranın strateji obyektlərinə raket və hava zərbələri endirib. Hücumlar Tehranda və digər şəhərlərdə partlayışlara səbəb olub, ölkədə qorxu və panika yaranıb. ABŞ prezidenti əməliyyatı “İran təhdidinə qarşı önləyici addım” adlandırıb və genişmiqyaslı hərbi əməliyyatın başladığını açıqlayıb.
Rəsmi İran hücumları “təhrikedici hərəkət” kimi qiymətləndirib və dərhal cavab hücumlarına başlayıb. İran raket və pilotsuz uçuş aparatları ilə İsrail və ABŞ-ın bölgədəki hərbi bazalarını hədəfə alıb, cavabın mərhələli və davam edə biləcəyini bəyan edib. Hücumlar nəticəsində cənub İranın Minab şəhərində ibtidai məktəb də hədəf alınıb – ən azı 85 uşaq daxil olmaqla çoxlu mülki şəxs həlak olub, yaralananlar var.
Qonşu ölkələrdə də təhlükə siqnalları səslənib: Bəhreyn, Əbu-Dabi, İordaniya və digər region ölkələrində ABŞ hərbi obyektlərinə və İsrail hədəflərinə qarşı həyəcanlar yaranıb, hava məkanları müvəqqəti bağlanıb və enerji bazarlarında qiymətlər artıb. İsrail ordusu İranın qərbində raket obyektlərini zərərsizləşdirib.
Regiondakı gərginlik hələ də davam edir, İran hücumların dayandırılması üçün heç bir razılıq verməyib və münaqişə uzun müddətli ola bilər. Bölgədə təhlükəsizlik və diplomatik tədbirlər gücləndirilib.