
İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Megaxeber.az xəbər verir ki, bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.
“İslam İnqilabının ali rəhbəri şəhid olub”, – məlumatda bildirilib.
Qeyd olunub ki, o, ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.
İranın Ali Rəhbəri Əli Xamenei bu səhər İsrailin İrana endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.